Bülent Ersoy ilanı sancdı - FOTO/VİDEO

Bülent Ersoy ilanı sancdı - FOTO/VİDEO
10:48 14 İyun 2017
95 Şou
Ölkə mətbuatı
A- A+

Bülent Ersoy zəhərinin ilandan daha güclü olduğunu etiraf edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bülent Ersoy dünən gecə iş adamı Örfi Bilginin iftar qonaqlığından çıxarkən görüntülənib. Çıxışda jurnalistlərin suallarını cavablandıran sənətçi "Dünya Gözəllərim" verilişinin çəkilişləri üçün getdiyi Hindistan səfərindən danışıb. O, "Mumbayda məni ilan sancdı, dərhal öldü. Yazıq heyvan orada ruhunu təslim etdi. Mənim zəhərim daha qüvvətli təsir göstərdi", - deyə bildirib.

Bülent Ersoy maşınına doğru gedərkən başına çiçək çələngi taxan küçə satıcısına 200 lirə pul verməsi də diqqətdən qaçmayıb.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/202518.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR