Nizam Osmanov: Azərbaycan Silahlı Qüvvələri işğal altındakı əraziləri azad etməyə hazırdır

Nizam Osmanov: Azərbaycan Silahlı Qüvvələri işğal altındakı əraziləri azad etməyə hazırdır
10:50 14 İyun 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Azərbaycan Silahlı Qüvvələri işğal altındakı əraziləri azad etməyə tam hazırdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general - leytenant Nizam Osmanov deyib.

O bildirib ki, 2016 -cı ilin aprel ayında Azərbaycan Silahlı Qüvvələri düşmən təxribatının qarşısını alarkən düşmənə sarsıdıcı zərbələr endirib:

"Bu, ordumuzun gücünü bir daha nümayiş etdirdi. Aprel döyüşləri nəticəsində işğaldan azad edilən ərazilərimizdə bu gün Azərbaycan barağı dalğalanır. Bu döyüşlər onu göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2766398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR