Armenteros millimizin rəqibinə qol vurdu - VİDEO

Armenteros millimizin rəqibinə qol vurdu - VİDEO
10:52 14 İyun 2017
43 İdman
Ölkə mətbuatı
A- A+

Dünən yığma komandalar arasında yoldaşlıq görüşləri keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Braziliya və Argentina milliləri rəqibləri futbol dərsi keçiblər.

Ən maraqla gözlənilən yoldaşlıq matçı Fransa və İngiltərə arasında baş tutub. 5 qolun vurulduğu oyun fransızların qələbəsi ilə yekunlaşıb.
 
DÇ-2018-in seçmə mərhələsində yığmamızın rəqiblərindən olan Norveç isə İsveçlə qarşılaşıb. 1:1 hesabı ilə nəticələnən görüşdə ikincilərin qoluna Samuel Armenteros imza atıb. 68-ci dəqiqədə meydana daxil olan "Qarabağ"ın sabiq hücumçusu 13 dəqiqə sonra tarazlığı bərpa edib.
 
Yoldaşlıq oyunları
 
Avstraliya - Braziliya - 0:4
Qollar: Dieqo Souza, 1, 90+3; Tiaqo Silva, 62; Tayson, 75
 
Sinqapur - Argentina - 0:6
Qollar: Fazio, 25; Korrea, 31; Qomes, 60; Paredes, 74; Alario, 90; di Mariya, 90+3
 
İndoneziya - Puerto Riko - 0:0
 
CAR - Zambiya - 1:2
Qollar: Manyama, 23 - Mvila, 72; Mundia, 79
 
Norveç - İsveç - 1:1
Qollar: Elyunussi, 44 - Armenteros, 81
 
Rumıniya - Çili - 3:2
Qollar: Stanku, 31; Stankiu, 60; Baluta, 83 - Varqas, 8; Rossel, 18
 
Kamerun - Kolumbiya - 0:4
Qollar: Rodriges, 16; Mina, 30, 52; İzquyerdo, 85
 
Fransa - İngiltərə - 3:2
Qollar: Umtiti, 22; Sidibe, 43; Dembele, 78 - Keyn, 9, 48 (pen.)

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Armenteros millimizin rəqibinə qol vurdu

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/554140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR