"Aprel döyüşləri göstərdi ki, Azərbaycan işğalla barışmayacaq" - General-leytenant

"Aprel döyüşləri göstərdi ki, Azərbaycan işğalla barışmayacaq" - General-leytenant
11:05 14 İyun 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

"Aprel döyüşləri onu göstərdi ki, Azərbaycan xalqı və dövləti işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa olsun, bərpa edəcək". 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov deyib. O bildirib ki, ötən ilin aprel ayında Azərbaycan ordusu düşmən təxribatının qarşısını alarkən düşmənə sarsıdıcı zərbələr endirib: "Bu, ordumuzun gücünü bir daha nümayiş etdirdi. Bu döyüşlərin nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə bu gün Azərbaycan bayrağı dalğalanır". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/554159.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR