"Neftçi" futbol komandasında yeni məşqçi təyinatı olub

"Neftçi" futbol komandasında yeni məşqçi təyinatı olub
11:07 14 İyun 2017
49 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 iyun. REPORT.AZ/ "Neftçi” futbol klubunun qapıçılar üzrə məşqçisi vəzifəsinə yeni təyinat baş tutub. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəzifəni Rauf Salamov yerinə yetirəcək. 
49 yaşlı mütəxəssis ailəvi səbəblərdən postunu tərk edərək, Rusiyanın paytaxtı Moskvaya yollanan Dmitri Kramarenkonu əvəzləyib. R.Salamov 1994 - 1996, 1998 - 1999-cu illərdə "Neftçi”də çıxış edib. Salamov bu müddət ərzində ölkə çempionatının (1996), kubokunun (1995, 1996) və Superkubokunun (1995) qalibi olub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-futbol-komandasinda-yeni-mesqci-teyinati-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR