Bakı. Trend:
Artıq 9 Xarici ölkənin səfirlikləri özlərinin və ailələrinin sağlamlığını "A-Qroup" Sığorta Şirkətinə etibar ediblər.
Bu barədə Trend-ə şirkətdən məlumat verilib.
Könüllü Tibbi Sığorta müqaviləsi üzrə öz əməkdaşlarını sığortalayan 9-cu səfirlik Rumıniya səfirliyi oldu.
Xatırlatmaq istərdik ki, bundan öncə Sığortalılar siyahısına Böyük Britaniya, İsveç, Norveç, Gürcüstan və İsrail səfirlikləri daxil olublar. ABŞ, Fransa və Niderland Krallığı səfirlikləri uzun illərdir ki, A-Qroup-la əməkdaşlıq edirlər.
A-Qroup yaxın və uzaq xarici ölkələrin səfirliklərinin də rəğbətini qazanmağı özünə məqsəd qoyub.