"Sınıq Körpü"də logistika mərkəzi tikiləcək

"Sınıq Körpü"də logistika mərkəzi tikiləcək
11:23 14 İyun 2017
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsi Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Gürcüstanla sərhəddə "Sınıq Körpü" gömrük-keçid məntəqəsində logistika mərkəzi tikəcək.

Bunu bu gün Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasında jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, Aİ-nın dəstəyi ilə "Sınıq Körpü" gömrük-keçid məntəqəsində müəyyən dəyişikliklər olacaq: “Gürcüstan tərəfdə sırf Aİ-nin dəstəyi ilə müxtəlif laboratoriyalar tikilərək fəaliyyət göstərəcək”.

O qeyd edib ki, Azərbaycan tərəfdə görüləcək işlər böyük olduğu üçün kifayət qədər vəsait tələb olunur: “Bunun üçün Azərbaycan və Aİ-nin maliyyə yardımı ilə birlikdə "Sınıq Körpü" gömrük-keçid məntəqəsində logistika mərkəzi tikiləcək. Artıb bununla bağlı müəyyən işlərin görülməsinə başlanılıb”. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/202526.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR