"Bilmirəm nə edim, tüstüdən boğulub öləcəyəm" - Yanğında çarəsiz qalan qız - FOTO

"Bilmirəm nə edim, tüstüdən boğulub öləcəyəm" - Yanğında çarəsiz qalan qız - FOTO
11:37 14 İyun 2017
56 Dünya
Ölkə mətbuatı
A- A+

Londonda yaşayış binası yanır. Gecədən başlayan yanğın hələ də davam edir. Yanğınsöndürmə briqadalarının verdiyi məlumata görə, yanğın nəticəsində ölənlər və yaralananlar var. Ölənlərin sayı açıqlanmır. İlkin ehtimala görə onlar yanğın zamanı təşvişə düşərək özlərini pəncərədən atanlardır.

Milli.Az "Mirror"a istinadla bildirir ki, yanğın zamanı mənzilində çarəsiz qalan qızlardan biri çətin anlarını Tvitter-də bölüşüb. O, ard-arda 4 tvit atıb və "cəhənnəm"də olduğunu qeyd edib.

05:18 "Mənzildə yapışıb qalmışam. Evdən çıxa bilmirəm. Tüstüdən boğulub öləcəyəm".

05:22 "Bilmirəm nə edim. Blokda qalmışam".

05:25 "Vahimədəyəm. Çünki, insanlar pəncərədən özlərini atırlar, mən isə evdən çıxa bilmirəm".

Dəqiq adı bilinməyən, özünü Twitterdə "rsryz" kimi təqdim edən qız saat 7-ə iki dəqiqə qalmış sağlamlığının yerində olduğunu qeyd edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/554164.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR