Nazir sosial şəbəkədə şagirdlərə MÜRACİƏT ETDİ

Nazir sosial şəbəkədə şagirdlərə MÜRACİƏT ETDİ
11:43 14 İyun 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Təhsil naziri Mikayıl Cabbarov “Son zəng” münasibətilə şagirdləri təbrik edib.

Publika.az xəbər verir ki, nazir sosial şəbəkədə şəxsi hesabında məzunlara arzularını çatdırıb.

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi, ölkəmizin bütün təhsil işçiləri və şəxsən öz adımdan Sizi - məzun olan şagirdləri, onların müəllimləri və valideynlərini bu əlamətdar gün münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə ən xoş arzularımı yetirirəm!

Siz həyatınızın yeni mərhələsinə qədəm qoyursunuz. Qarşınızda açılacaq yollar arzularınızdan və cəhdlərinizdən asılı olacaq. Bu yolu inamla getmək üçün əsas keyfiyyət gələcəyiniz naminə əzmkar əmək, ailəniz və yaxınlarınız qarşısında məsuliyyət hissi və yurdumuza olan sevgi və sadiqlikdir.

Dünyanın inkişaf sürəti Sizlər üçün yeni imkanlar yaradır. Əminəm ki, Siz bu imkanları gerçəkliyə çevirməklə Azərbaycanın adını daha da yüksəldəcəksiniz. Bu missiya üçün həmişə öndə olmalısınız.

Yeni zirvələri fəth etməkdə hər birinizə uğurlar diləyirəm!Yolunuz açıq olsun!”-deyə, nazir bildirib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/202530.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR