DİM magistraturaya qəbul proqramları üzrə plan yerləri və ixtisaslaşma seçiminə buraxılanların sayını açıqlayıb

11:47 14 İyun 2017
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 iyun. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul proqramları üzrə plan yerləri və ixtisaslaşma seçiminə buraxılanların sayını açıqlayıb.
DİM-dən "Report"a verilən məlumata görə, ümumilikdə 8313 nəfər ixtisas seçiminə buraxılıb. 
Bildirilib ki, mərkəzin saytından magistraturaya qəbul aparılan 70 proqram üzrə ayrılıqda qəbul planı və ixtisaslaşma seçiminə buraxılanların sayı haqqında məlumat əldə etmək olar.
Qeyd edək ki, 2017/2018-ci tədris ilində ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına, ümumilikdə 7709 plan yeri ayrılıb. Bunlardan 5454 yer Azərbaycan bölməsi, 702 yer rus bölməsi, qalan 1553 yer hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub. Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticəsinə əsasən 8313 bakalavr ixtisaslaşma seçimi etmək hüququ qazanıb.  

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/di-m-magistraturaya-qebul-proqramlari-uzre-plan-yerleri-ve-ixtisaslasma-secimine-buraxilanlarin-sayi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR