"Əkdim, hamısından çıxdı" - Narkotik becərən şəxs saxlanıldı - VİDEO - FOTO

"Əkdim, hamısından çıxdı" - Narkotik becərən şəxs saxlanıldı - VİDEO - FOTO
11:57 14 İyun 2017
44 Digər
Ölkə mətbuatı
A- A+

Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini Mirelşad Tağıyev saxlanılıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman 21 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Mirelşad Tağıyev ifadəsi zamanı çətənə toxumlarını bir neçə ay bundan əvvəl evinin həyətində əkdiyini və onlara xüsusi üsulla qulluq edərək yetişdirdiyini bildirib.

Mirelşad Tağıyev - Saxlanılan şəxs: "Toxumları əkdim, hamısından çıxdı. İçində nəşə toxumu da var idi. 21 dənə nəşə toxumu çıxdı. Hamısına birlikdə qulluq elədim, ta gözləmədim ki, nə olar. Fikrimdə var idi ki, yetişə, özüm üçün istifadə edərəm".

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərin orijinal ünvanı: http://news.milli.az/criminal/554169.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR