Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Rusiya ərazisində kəşfiyyat fəaliyyəti həyata keçirməsinə qarşı olmadığını, amma müttəfiqlərə qarşı casusluq etməyin nalayiq hərəkət olduğunu bildirib.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə V.Putin "Showtime" kanalında göstərilən tanınmış rejissor Oliver Stouna müsahibəsində bildirib.
O, bu cavabı rejissorun ABŞ-ın çox güman Rusiya ilə bağlı kəşfiyyat həyata keçirəcəyinə dair atmacasının cavabında verib.
Eyni zamanda, onun sözlərinə görə, Rusiya xüsusi xidmət orqanları vətəndaşlarını izləmir və dinləmir, ABŞ-dan fərqli olaraq, Rusiyanın bu cür texniki imkanları yoxdur.
"Bizim belə texniki imkanlarımız yoxdur. Bu cür kütləvi əhatə dairəsi, şəbəkəmiz yoxdur. Bunu sizə tam məsuliyyətlə deyirəm", - V.Putin bildirib.
Rusiya prezidenti, həmçinin ölkəsinin xüsusi xidmət orqanlarının müxtəlif dini konfessiyaların nümayəndələri haqqında heç bir məlumat toplamadığını vurğulayıb.
"100% belə şey yoxdur. Bizdə heç vaxt İslam, xristianlıq, yəhudilik arasında münaqişə olmayıb. Özü də İslam icmasının nümayəndələri də Rusiya vətəndaşlarıdır. Onların bir vətəni var - Rusiya", - V.Putin xüsusi xidmət orqanlarının müsəlmanlar barədə məlumat toplamasıyla bağlı sualın cavabında deyib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində