Azərbaycan Rusiya və Qırğızıstanla gömrük sazişi imzaladı - FOTO

Azərbaycan Rusiya və Qırğızıstanla gömrük sazişi imzaladı - FOTO
11:57 14 İyun 2017
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan MDB ölkələri ilə gömrük sahəsində əməkdaşlıq haqqında bir sıra ikitərəfli sazişlər imzalayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, imzalanma mərasimi Bakıda MDB ölkələrinin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclası çərçivəsində baş tutub.

İmzalanan sənədlər arasında "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkilinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında Protokol" və "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikası Hökuməti yanında Dövlət Gömrük Xidməti arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında Protokol" var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/554177.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR