Yığmamız Bolqarıstana 7 top fərqi ilə uduzdu

Yığmamız Bolqarıstana 7 top fərqi ilə uduzdu
12:12 14 İyun 2017
43 İdman
Ölkə mətbuatı
A- A+

Bolqarıstanda kişi həndbolçular arasında İnkişaf etməkdə olan ölkələrin çempionatı davam edir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, C qrupunun ilk turunda Andorraya qalib gələn Azərbaycan millisi növbəti oyununda ev sahibləri ilə üz-üzə gəliblər.

Komandamız "cırtdan ölkə"dən fərqli, Bolqarıstan həndbolçuları ilə bacarmayıblar. Hikmət Abdullayevin komandası 34:41 hesabı ilə uduzub.
 
Qrupun digər qarşılaşmasında isə Kipr ikinci qələbəsini qazanıb. Andorranı 39:14 hesabı ilə məğlub edən komanda turnir cədvəlində liderliyə yüksəlib. Azərbaycan və Bolqarıstanın hesabında isə 1 qələbə var.

Qeyd edək ki, yığmamız son matçda Kiprlə üz-üzə gələcək. Məğlubiyyət komandamızın vaxtından əvvəl yarışla vidalaşmasına səbəb ola bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/554183.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR