Prezidentin arzusunu həyata keçirdi - FOTO

Prezidentin arzusunu həyata keçirdi - FOTO
12:18 14 İyun 2017
136 Şou
Ölkə mətbuatı
A- A+

Alişan Prezident Ərdoğanı toyuna dəvət edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir gün əvvəl Türkiyə prezidentinin məşhur simaları dəvət etdiyi iftar qonaqlığı maraqlı hadisələrlə yadda qalıb. Belə ki, keçən il Rəcəb Tayyib Ərdoğnanın iftar qonalığında iştirak edən Alişan prezidentə bir ilə qədər evlənəcəyini söz vermişdi. Bu ilki iftar süfrəsində isə Alişan prezidentə onun arzusunu həyata keçirdiyini deyib və onu toyuna dəvət edib.

Esra Erolun bacısı Eda ilə evlənməyə hazırlaşan edən Alişan prezidentlə səmimi söhbətində toyun noyabr ayına təyin olunduğunu bildirib. Prezident isə “Ya elçiliyə gələcəyəm, ya da nikahına” , - deyə cavab verib.

Esra Erol bacısı ilə müğənninin tanışlıq hekayəsini belə danışmışdı:

“Əslində bu mövzu 4-5 il əvvəl də var idi. Alişan Edanı verilişimə gələndə görmüşdü. Onları tanış etməyi xahiş edəndə, ona inanmadığımı demişdim”.

Cütlük 5 il sonra Ece Erkinin oğlunun doğum günündə görüşüb. Esra Erol Alişanın evlənmək niyyətinin olduğunu öyrəndikdən sonra bacısını ulduzla tanış etməyə razı olub.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/202534.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR