Tanınmış meyxanaçı Bayram Kürdəxanlı azadlığa çıxıb.
Məlumata görə, meyxanaçı bir neçə gün əvvəl azadlığa buraxılıb.
B. Kürdəxanlı barəsində ötən il Cinayət Məcəlləsinin 234-cü
(narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə cinayət işi
açılmışdı. O, 1 il müddətinə azadlıqdan məhrum edilmişdi.
1962-ci il təvəllüdlü Bayram Kürdəxanılı iyulun 12-də Bakıxanov
qəsəbəsində, “Nilufər” şadlıq sarayının qarşısında şübhəli şəxs
qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1.02 qram
narkotik vasitə olan tiryək aşkar edilib.
Azadlığa çıxan meyxanaçı Bayram Kürdəxanlı təəssüratlarını belə
bölüşüb: “Məni buraxdılar, dedilər ki, günahkar deyilsən. Sağ
olsunlar ki, məni azadlığa buraxdılar. Dedilər ki, sən azad
olmalısan. Mən narkotik qəbul etməmişəm. Sadəcə qərar qəbul
olunmuşdu ki, belə olmalıdır”.
Meyxanaçı azadlığa çıxması münasibətilə onu təbrik edən
həmkarlarına da minnətdarlığını bildirib: “Mənə diqqət göstərən
həmkarlarıma da çox sağ ol deyirəm. Görüşümə gəlməsələr də,
qardaşımla əlaqə saxlayıblar. Azadlığa çıxandan sonra isə görüşümə
gəlmişdilər”. (lent.az)