Necdet Ünüvar: Azərbaycanın güclənməsindən hər zaman qürur duyuruq

Necdet Ünüvar: Azərbaycanın güclənməsindən hər zaman qürur duyuruq
12:29 14 İyun 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib.

N.Ünüvar Trend-ə açıqlamasında bildirib ki, hazırda bəzi qüvvələrin Azərbaycan və Türkiyə əleyhinə məkrli planlarının olması hər kəsə məlumdur:

“Bunlara baxmayaraq, Azərbaycan və Türkiyə hər zaman parlamağa, inkişaf etməyə davam edəcəklər”.

Millət vəkili qeyd edib ki, Azərbaycan Qafqazın iqtisadi və mədəni anlamda ən böyük ölkələrindən biridir:

"Azərbaycanın güclənməsindən hər zaman qürur duyuruq, çünki Türkiyə ilə Azərbaycan bir millət, iki dövlət olsa da, tək ürəkdir".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2766472.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR