2018-ci il dünya çempionatı oyunlarının keçiriləcəyi stadionda yanğın olub

2018-ci il dünya çempionatı oyunlarının keçiriləcəyi stadionda yanğın olub
12:47 14 İyun 2017
47 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 14 iyun. REPORT.AZ/ İyunun 14-də səhər saatlarında Rusiyanın Volqoqrad şəhərindəki futbol üzrə 2018-ci il dünya çempionatının oyunlarının keçiriləcəyi stadionda yanğın olub.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, səhər saatlarında baş vermiş hadisə nəticəsində "Volqoqrad Arena"nın isidici izolyasiya təbəqəsi və köpük plastik örtük yanıb. Yanğın 100 kv. m. sahəni əhatə edib. Yanğınsöndürənlər yanğının miqyasının genişlənməsinin qarşısını ala biliblər.
Ölən və yaralanan yoxdur. Yanğının səbəbləri araşdırılır.  

Xəbərin orijinal ünvanı: https://report.az/dc-2018/2018-ci-il-dunya-cempionati-oyunlarinin-kecirileceyi-stadionda-yangin-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR