Rusiyalı modeldən Buraka Fahriye Evceni dəli edən mesaj: “Çox gözəl bədənin var” - FOTO

Rusiyalı modeldən Buraka Fahriye Evceni dəli edən mesaj: “Çox gözəl bədənin var” - FOTO
12:48 14 İyun 2017
136 Şou
Ölkə mətbuatı
A- A+

Rusiyalı model Viktoriya Bonyanın türkiyəli aktyor Burak Özçivitə aşiq olması yenidən gündəmə gəlib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir neçə həftə öncə Burakın instaqramda paylaşdığı fotoya “Yaraşıqlı” yazan model indi də aktyora "Adamın çox gözəl bədənə sahibsən” rəyini yazıb.

Qeyd edək ki, Rusiyanın “Dom 2” telelayihəsi sayəsində populyarlaşan Viktoriya Bonya Monako milyonçusu Aleks Smerfitlə 7 illik vətəndaş nikahında yaşayıb. Cütlüyün bu nikahdan 5 yaşlı bir qızı var. V.Bonyanın milyoner ərindən ayrıldıqdan sonra Los-Ancelesə köçdüyü və orada başqa bir kişi ilə yaşadığı deyilir.

Xatırladaq ki, İranın ən gözəl modeli kimi tanınan Mahlaqha Jaberinin də Burakı sevdiyini yazması gündəm yaratmış, hətta bu hadisənin Fahriye Evcenin nişanlısı Burakı qısqanmasına səbəb olduğu deyilirdi.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/202540.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR