"Eurasianet": ABŞ-ın prioriteti Cənubi Qafqazda eskalasiyanın qarşısını almaq olmalıdır

"Eurasianet": ABŞ-ın prioriteti Cənubi Qafqazda eskalasiyanın qarşısını almaq olmalıdır
12:50 14 İyun 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Son illərdə Cənubi Qafqazdakı geosiyasi vəziyyət əhəmiyyətli dərəcədə dəyişib və bölgədə Amerikanın maraqlarının irəliləməsi üçün ABŞ prezidenti Donald Tramp administrasiyasının bəzi məsələlərə yanaşmaları dəyişməlidir.

Trend-in məlumatına görə, bu, “Eurasianet” nəşrində Riçard Sokolski və Pol Stronskinin məqaləsində yazılıb.

Müəlliflərin fikrincə, ABŞ-ın Cənubi Qafqazda daimi maraqları var:

“Bura regional stabilliyin qorunması, münaqişələrin qarşısının alınması, Azərbaycan, Gürcüstan və Ermənistanın Qərb təhlükəsizlik və iqtisadiyyat sistemlərinə yaxınlaşması daxildir”.

Son 25 il ərzində ABŞ-ın Cənubi Qafqazda iştirakı hər 3 dövlətə öz suverenlyini qoruyub saxlamağa və müəyyən demokratik inkişafa nail olmağa kömək edib.

Müəlliflər yazır ki, gələcəkdə ABŞ-ın regiondakı əsas vəzifələrindən biri uzanmış münaqişələrdə, xüsusilə də Dağlıq Qarabağ münaqişəsində eskalasiyanın qarşısının alınması olacaq. Silahlı münaqişənin bərpa olunması hər üç ölkə üçün və bütün region üçün ciddi sosial-iqtisadi və siyasi fəsadlara gətirib çıxaracaq.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2766386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR