Arda qumarda 2 lüks maşının pulunu uduzdu

Arda qumarda 2 lüks maşının pulunu uduzdu
12:52 14 İyun 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

Son vaxtlar başı qalmaqallardan açılmayan "Barselona"nın yarımmüdafiəçisi Arda Turanla bağlı daha bir iddia ortaya atılıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, türkiyəli futbolçunun qumarda külli miqdarda pul uduzduğu bildirilir.

Belə ki, Kataloniya radiosunun əməkdaşı Xavi Kampos 30 yaşlı oyunçunun kazinoda bir neçə saat qumar oynadığını və müəyyən məbləğdə pul itirdiyini söyləyib. O, Ardanın həmin məbləği qaytarmaq üçün yenidən oynadığını, nəticədə 2 lüks avtomobilin pulunu uduzduğunu vurğulayıb.
 
Qeyd edək ki, bir müddət əvvəl jurnalistlə qalmaqal yaşayan Arda Turan milli karyerasını başa vurduğunu açıqlamışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/554184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR