Hava qeyri-sabit keçəcək, yağış yağacaq

Hava qeyri-sabit keçəcək, yağış yağacaq
12:57 14 İyun 2017
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, iyunun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.
Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-18° isti, gündüz 25-30° isti, Bakıda gecə 16-18° isti, gündüz 27-29° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 753 mm civə sütununa enəcək.
Nisbi rütubət 75-85 % təşkil edəcək.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
ETSN xəbərdarlıq edir ki, iyunun 15-dən 17-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.  

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/hava-qeyri-sabit-kececek-yagis-yagacaq-iyun

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR