Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyevi "Əmək" ordeni ilə təltif edib

Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyevi "Əmək" ordeni ilə təltif edib
12:57 14 İyun 2017
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham əliyev O.Ə.Həziyevin 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hisslərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Oqtay Əbil oğlu Həziyev 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilsin".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/554229.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR