73 yaşlı kişi birlikdə olduğu qadını öldürüb intihar etdi - VİDEO - FOTO

73 yaşlı kişi birlikdə olduğu qadını öldürüb intihar etdi - VİDEO - FOTO
12:58 14 İyun 2017
41 Dünya
Ölkə mətbuatı
A- A+

Konyada 73 yaşlı kişi birlikdə olduğu 36 yaşlı sevgilisini ov tüfəngiylə öldürdükdən sonra intihar edib.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Konyanın Səlcuqlu mahalında axşam saatlarında meydana gələn hadisədə iddiaya görə, həyat yoldaşı bir müddətdir həbsdə olan bir uşaq anası Bənövşə S. birlikdə olduğu 3 uşaq atası 73 yaşlı Əkrəm G.-nin evinə gedib.

Burada cütlük arasında məlum olmayan səbəbdən mübahisə yaşanıb. Mübahisənin böyüməsindən sonra, Əkrəm G. evində olan ov tüfəngi ilə 36 yaşlı Bənövşə S.-ya atəş açıb.

Əkrəm G. sonra oğlu Abdulla G.-ya zəng edərək "Bənövşəni öldürdüm. İndi də özümü öldürəcəyəm", -  deyib.

Əkrəm G. sonra polisə zəng edərək Bənövşə S.-nı öldürdüyünü və özünü də öldürəcəyini  bildirib. Polislər dərhal hadisə yerinə yollanıblar.

Polis evə girdikdə Bənövşə S. və Əkrəm G. -nin cansız bədənləri ilə qarşılaşıb. 

Hadisə ilə əlaqədar istintaq başladılıb.

Məhəmməd Vaqif

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

73 yaşlı kişi birlikdə olduğu qadını öldürüb intihar etdi

>Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/554148.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR