Banqladeşdə güclü yağış: 147 ölü

Banqladeşdə güclü yağış: 147 ölü
12:58 14 İyun 2017
24 Dünya
Ölkə mətbuatı
A- A+

Banqladeşin cənub-şərqində yağan güclü yağış nəticəsində həlak olanların sayı 147 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yağıntılar bazar ertəsi səhər saatlarından etibarən başlayıb.

Yağışdan zərər çəkmiş bölgələrdə telefon xətləri sıradan çıxıb, nəqliyyatın hərəkəti dayanıb.

Son məlumata görə, Hindistanın Banqladeşlə sərhəd Mizoram və Assam ştatlarında da güclü yağış və sel nəticəsində həyatını itirənlər olub.

Qeyd edək ki, ötən gün Banqladeş Fövqəladə Hallar İdarəsinin rəhbəri Reaz Əhməd təbii fəlakətin qurbanlarının sayının artacağı qaçılmaz olduğunu qeyd etmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/554222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR