İran siqaretləri Azərbaycan bazarında qiymətləri “öldürdü”

İran siqaretləri Azərbaycan bazarında qiymətləri “öldürdü”
12:58 14 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bir neçə gündür Bakının mağaza və köşklərində bəzi siqaretlərin satışı dayandırılmışdı. "Winston”, “Sobranie”, “Kent” və s. kimi siqaretlərin paytaxt mağazalarında yoxa çıxmasının səbəbi bəlli olub.

Belə ki, bu gündən artıq əksər satış məntəqələrində sözügedən marka siqaretləri tapmaq mümkün olub. Özü də əvvəlkindən 20 qəpik daha ucuz qiymətə.

“Winston” 2.50 AZN-dən 2.30 AZN-ə, “Kent” 2.70 AZN-dən 2.50 AZN-ə, “Sobranie” isə 3.00 AZN-dən 2.80 AZN-ə enib.

Şəhər sakinlərdən bəziləri bu enişin səbəbini İrandan gətirilən siqaretlərin bazara girməsi ilə əlaqələndirib. Belə ki, İrandan gətirilən və 1.50 – 2 AZN arasında satışa çıxarılan M1, DJ, “Royal” və s. markalı siqaretlər artıq şəhərin bəzi köşkləri və pərakəndə satış məntəqələrində tapmaq mümkündür.

Amin


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/202541.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR