Vergilər Nazirliyində Qazaxıstanın nümayəndə heyəti ilə görüş keçirilib

Vergilər Nazirliyində Qazaxıstanın nümayəndə heyəti ilə görüş keçirilib
13:17 14 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycan Vergilər Nazirliyində Qazaxıstan Maliyyə Nazirliyi Dövlət Gəlirləri Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib.
"Report" bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir. 
Vergilər nazirinin I müavini Sahir Məmmədxanov Azərbaycanda mövcud iqtisadi vəziyyət və iqtisadi inkişaf göstəriciləri, vergi sistemində aparılan modernləşmə prosesi, vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar, elektron hökumət quruculuğu istiqamətində əldə edilən nailiyyətlər barədə məlumat verib. 
Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru Zaur Fətizadə bildirib ki, Vergilər Nazirliyi vergitutma sahəsində dünyada gedən prosesləri yaxından izləyir, mütərəqqi beynəlxalq təcrübənin milli vergi sistemində tətbiqi istiqamətində tədbirlər həyata keçirir. Vergilər Nazirliyinin beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verdiyini xatırladan Z.Fətizadə Azərbaycanın digər dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığı genişləndirilməsinə maraqlı olduğunu, son illər ikiqat vergitutmanın aradan qaldırılması və məlumat mübadiləsi sahəsində sazişlər şəbəkəsinin əhəmiyyətli şəkildə genişləndiyini qeyd edib.


Komitə sədri Azərbaycan və Qazaxıstan arasında işgüzar münasibətlərin ildən-ilə inkişaf etdiyini, son illər bu ölkələrin vergi xidmətləri arasında əməkdaşlığın, vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı təcrübə mübadiləsinin müsbət nəticələr verdiyini, mövcud əlaqələrin daha da dərinləşdirilməsinin zəruriliyini qeyd edib. Azərbaycan və Qazaxıstan hökumətləri arasında ikiqat vergitutmanın qarşısının alınması haqqında sazişin uğurla tətbiq edildiyi vurğulanıb.
Görüşdə yaxın gələcəkdə iki ölkənin vergi orqanları arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/vergiler-nazirliyindeqazaxistanin-numayende-heyeti-ile-gorus-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR