Məşhur aktrisanın stressdən dişləri töküldü - FOTO

Məşhur aktrisanın stressdən dişləri töküldü - FOTO
13:27 14 İyun 2017
62 Dünya
Ölkə mətbuatı
A- A+

Hollywood ulduzu Demi Moor ABŞ-da yayımlanan "The Tonight Show Starring Jimmy Fallon" adlı talk şou proqramına qatılıb və özəl həyatı ilə əlaqədar açıqlamalar edib.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, 54 yaşlı aktrisa stressin sağlamlığına mənfi təsir etdiyini ifadə edərək, buna görə qabaq dişlərinin töküldüyünü söyləyib.

Moor sözlərinə belə davam edib:

"Qabaq dişlərim töküldü. Bunun xizək sürmək kimi konkret bir səbəbdən başıma gəldiyini söyləmək istərdim, lakin səbəbi paylaşmağımın əhəmiyyətli olduğunu düşünürəm. Bu vəziyyətə bəlkə də ürək xəstəliklərindən sonra ABŞ-dakı ən çox ölümə səbəb olan xəstəlik səbəb oldu - stress."

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/554206.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR