Neft ucuzlaşmaqda davam edəcək?

OPEK-ə üzv ölkələrin neft ixracından əldə etdikləri gəlir 2015-ci ildən bəri minimum həddə düşüb. Ötən il quruma üzv ölkələrin gəliri 2015-ci illə müqayisədə 13,2 faiz azalaraq 445,684 milyard dollar olub.

“OPEK-dən kənar ölkələrdə hasilatın kəskin artması OPEK-in bazar payının azalmasına səbəb olub”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı iqtisadçı Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, 10 il öncə dünya neft hasilatının 45%-i OPEK ölkələrinin payına düşürdü. Bu gün isə rəqəm 30%-dan aşağıdır:

“Bu, onunla əlaqədardır ki, ABŞ 10 il bundan öncə gündəlik 4-5 milyon barrel neft hahil edirdisə, bu gün gündəlik hasilat 10 barrelə çatıb. Yəni, Amerika, Meksika, Rusiya kimi OPEK-ə daxil olmayan ölkələrdə neft hasilatının artması OPEK ölkələrinin bazar payının azalmasına səbəb olub. Getdikcə də bu payın azalması gözlənilir. Çünki OPEK-ə daxil olmyan ölkələrdə hasilatın artım tempi çox sürətlə gedir. Məsələn, ABŞ yaxın iki ildə hasilatı gündəlik 12 milyon barrelə qədər artırmağı düşünür. Bu, əlavə 3 milyon barrel neft hasil olacaq deməkdir. Kanada gündəlik təqribən 3,5 milyon barrel neft hasil edir. Bunu yaxın gələcəkdə 5 milyon barrelə çatdırmağı düşünür. Yəni, OPEK-ə daxil olmayan ölkələrdə hasilat artdıqca, OPEK-in ümumi payı azalır. Bu da qiymətlərə təsir mexanizmlərinin zəifləməsinə gətirib çıxarır.

OPEK bazarda gücünü itirir

10 il bundan öncə dünya bazarlarında neftin qiymətinə diqtə edən OPEK idi. Bu gün artıq OPEK deyil. Baxmayaraq ki, keçən ildən başalayaraq OPEK hasilatın azaldıqlması ilə bağlı 2 dəfə qərar verib. Lakin neftin qiymətində bahalaşma müşahidə edilməyib. Hətta son anlaşmadan sonra, may ayının 25-də Vyanada növbəti dəfə hasilatın azalması anlaşması imzalandı. Buna baxmayaraq, “Brent” markalı neftin qiyməti 54 dollardan 48 dollara düşdü. OPEK bazarda sadəcə gücünü itirir. Bu da qeyd edildiyi kimi, OPEK-ə daxil olmayan ölkələrdə hasilatın artması ilə bağlıdır. Düşünürəm ki, bu tendensiya getdikcə güclənəcək. OPEK-in qiymətlərə və bazara təsir imkanları azalacaq. Bu gün dünya bazarlarında neftin alış-satışı ilə məşğul olan şirkətlərin əsas diqqəti Amerikaya yönəlib. Yəni, Amerikada hasilatın artması qiymətlərə daha ciddi təsir göstərir, nəinki OPEK-in qərarı”.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR