Əli Əhmədov: Minsk qrupu ədalətli qərar qəbul olunması üçün daha ciddi şəkildə çalışmalıdır

Əli Əhmədov: Minsk qrupu ədalətli qərar qəbul olunması üçün daha ciddi şəkildə çalışmalıdır
13:29 14 İyun 2017
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

"ATƏT-in Minsk qrupunun regiona səfərindən gözləntimiz ondan ibarətdir ki, onlar ədalətli qərar qəbul olunması üçün daha ciddi şəkildə çalışsınlar. Özlərinin vəzifələrinin təkcə regiona səfər etməklə bitmiş bilməsinlər".

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov həmsədrlərin regiona səfəri ilə bağlı deyib.

O bildirib ki, ATƏT-in Minsk qrupu uzun illərdir fəaliyyət göstərir, amma Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün lazımi addımlar atılmır. "Müəyyən işlər görürlər. Onların fəaliyyətinə ədalətsiz qiymət vermək istəmirəm. Amma münaqişənin həll olunması üçün bizim istədiyimiz, məcburi köçkünlərimizin həyatının yaxşılaşdırılması üçün arzuladığımız əsas işlər görülməyib. Torpaqlarımız azad olunmayıb və insanlarımızın öz yurd-yuvasına qayıtması üçün şərait yaradılmayıb. Bizim onlardan gözləntimiz bunlardır. Bu yaxınlarda müxtəlif bəyanatlar səsləndiriblər. Əsas bəyənat o olmalıdır ki, nəhayət bu problem öz həllini tapsın. Bu problem həddən artıq çox uzandı. Problemin uzanması insanlara qarşı olan ədalətsizliyin davam etməsidir. Münaqişənin həll olunmamış qalması bölgədə gərginliyin atmasına xidmət edir"


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2766523.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR