Ziyafət Əsgərov: Minsk qrupunun həmsədrlərinin regiona səfərindən heç nə gözləmirəm

Ziyafət Əsgərov: Minsk qrupunun həmsədrlərinin regiona səfərindən heç nə gözləmirəm
13:29 14 İyun 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfərindən heç nə gözləmirəm”.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

Vitse-spiker deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri məsuliyyəti öz üzərilərindən atır: “Deyirlər ki, Azərbaycan və Ermənistan öz aralarında razılığa gəlsinlər, biz bunu dəstəkləyək. Ona görə də Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfərindən heç nə gözləmirəm”.

Z.Əsgərov qeyd edib ki, Azərbaycan və Ermənistan öz aralarında razılığa gələ bilsəydilər, ATƏT-in Minsk qrupuna ehtiyac qalmazdı: "Minsk qrupunun həmsədrləri Ermənistana işğalçı olduğunu, torpaqları azad etməli olduğunu bildirməlidir. Bunu demirlərsə, həmsədrlərdən heç nə gözləmirəm”.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2766518.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR