Rövşən Lənkəranskinin Rusiyadakı bandası ələ keçdi - FOTO

Rövşən Lənkəranskinin Rusiyadakı bandası ələ keçdi - FOTO
13:32 14 İyun 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Rövşən Lənkəranskinin Rusiyanın Nijni Tagil şəhərində fəaliyyət göstərən bandası ələ keçib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hələ ki 3 nəfəri həbs edən yerli polis dəstənin başqa üzvlərini də axtarır.

Onlar  adam oğurluğu, quldurluq, silahlı basqın və reketlikdə ittiham olunurlar.  Məlumata görə, saxlanılanların yaşadığı evdə polis axtarış aparıb. Oradan xeyli silah-sursat tapılıb.  İlkin dindirmə zamanı o da məlum olub ki, bir qədər əvvəl onlar Nijni Tagil sakininin mənzilini satdığını öyrəniblər. Bundan sonra onun evinə basqın ediblər. Ev yiyəsini çəkiclə döyəndən sonra 100 rubl pulunu əlindən alıblar.
 
Rusiya DİN-in Sverdlovsk vilayətindəki mənbənin ura.ru-ya bildirdiyinə görə, adıçəkilənlər mərhum qanuni oğru Rövşən Lənkəranskiyə yaxınləğı ilə tanınan şəxslərdir. "Bu bandanın neçə ildir Njni Tagildə etmədiyi cinayət qalmamışdı", - deyə mənbə bildirib.  Məlumta görə, qruplaşma üzvləri Nijni Tagilin mərkəzində yerləşən "Next" kafesinə yığışırmışlar. Bütün planlar da bu kafedə cızılırmış.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/554231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR