Azərbaycanda kənd təsərrüfatı məshullarına fitosanitar nəzarət gücləndirilir

Azərbaycanda kənd təsərrüfatı məshullarına fitosanitar nəzarət gücləndirilir
13:42 14 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 iyun. REPORT.AZ/ Bakıda FAO-nun “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostika xidmətlərinin gücləndirilməsi Layihəsi" çərçivəsində “İdxal zamanı bitki və bitki mənşəli məhsulların yoxlanılması” üzrə təlim seminarı işə başlayıb.
Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan məlumata görə, nazirliyik yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX) və Dövlət Gömrük Komitəsinin (DGK) fitosanitar müfəttişlərinin iştirak etdiyi təlimin əsas məqsədi müfəttişlərin idxal zamanı ölkə ərazisinə başqa dövlətlərdən fitosanitar nəzarətdə olan zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq bacarıqlarının artırılmasıdır.
DFNX-nin rəisi Camal Quliyev hazırda bitki mənşəli məhsulların beynəlxalq ticarətinin genişləndirilməsi və regionda ölkələr arasında ticarət dövriyyəsinin artması zəminində ölkədə fitosanitar nəzarətin daha da gücləndirilməsinə ehtiyacın olduğunu, ölkəyə yeni zərərli orqanizmlərin daxil olmasının böyük risk doğurduğunu vurğulayıb. C.Quliyev bu baxımdan ölkə ərazisinin zərərli orqanizmlərdən mühafizəsinin gücləndirilməsi, karantin tətbiq edilən zərərli orqanizmlərin əmələ gəlməsi və yayılmasının qarşısının alınması sahəsində zərurətin olduğunu qeyd edib və FAO-nun dəstəyi ilə həyata keçiriləcək bu layihənin də məhz bu məqsədə xidmət edəcəyini bildirib.
Dövlət sərhədinin buraxılış məntəqələrində risk və təhlükələrin çoxaldığını deyən DGK-nin Gömrük nəzarətinin təşkili Baş İdarəsinin Gömrük rejimlərinə nəzarət İdarəsinin rəisi Rauf Məmmədov ölkədə ilk növbədə ərzaq və kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinin təmin edilməsinin vacibliyini diqqətə çatdırıb.
Daha sonra FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak FAO-nun Azərbaycanda həyata keçirdiyi layihələr və bitki sağlamlığı məsələlərinin əhəmiyyəti barədə danışıb.
FAO-nun beynəlxalq məsləhətçisi Rinqols Arnitis iştirakçıları təlimin iş planı ilə tanış edib, onlar üçün nəzəri və əməli məşğələlərin təşkil olunacağı barədə məlumat verib.
Qeyd edək ki, təlim kursu 17 iyunadək davam edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/azerbaycanda-kend-teserrufati-meshullarina-fitosanitar-nezaret-guclendirilir1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR