BMT baş katibi Əfqanıstanda elan edilməmiş səfərdədir

BMT baş katibi Əfqanıstanda elan edilməmiş səfərdədir
14:02 14 İyun 2017
44 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 iyun. REPORT.AZ/ BMT-nin baş katibi Antoniu Quterriş Əfqanıstanda elan edilməmiş səfərdədir.
"Report" xəbər verir ki, bu barədə baş katibi "Twitter" hesabında yazıb.
"Elə indicə hökumətlə danışıqlar və insanlarla söhbət üçün Kabilə çatdım. Zorakılıq və əzab-əziyyət dövründə BMT Əfqanıstanı dəstəkləyir", - A.Qutteriş bildirib.
Baş katib Ramazan ayında oruc tutan bütün dünya müsəlmanlar ilə həmrəyliyini göstərmək məqsədilə onları dəstəklədiyini açıqlayıb, sülhə və mərhəmətə çağırış edib.
Qeyd edək ki, BMT baş katibi ötən həftədən Mərkəzi Asiya ölkələrinə turneyə çıxıb. İyunun 8-dən etibarən o, artıq Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistanda olub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/bmt-bas-katibi-efqanistanda-elan-edilmemis-seferdedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR