“Azərişıq” Mərkəzi Aranın enerji təminatını yaxşılaşdırıb

“Azərişıq” Mərkəzi Aranın enerji təminatını yaxşılaşdırıb
14:09 14 İyun 2017
57 Digər
Ölkə mətbuatı
A- A+

 

İyunun 13-də isə “Azərişıq”ASC-nin Mərkəzi Aran RETSİ-nin yeni tikilən inzibati binası əməkdaşların və istehlakçıların istifadəsinə verilib.

 

“Azərişıq”ASC-dən Lent.az-a verilən məlumata görə, iki mərtəbədən ibarət yeni ofis binasında işçilərin səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Açılış zamanı qurumun sədr müavini Vüqar Əhmədov, Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov ölkənin enerji təsərrüfatında həyata keçirilən yenidənqurma işlərindən, iqtisadi və sosial sahədə aparılan kompleks tədbirlərdən danışaraq energetikləri təbrik ediblər.

 

Xatırladaq ki, bundan əvvəl Ağsu, Ucar, Yevlax, Tərtər və Goranboy rayonlarında müasir standartlara cavab verən yeni ofis binaları istifadəyə verilib. 

Mərkəzi Aran RETSİ-nin xidməti ərazisində 9 ədəd 110 kv-luq və 55 ədəd 35 kv-luq yarımstansiyalarda yenidənqurma işləri aparılıb, Ağsu və Goranboy rayonlarında 110/35/10 kV-luq yeni yarımstansiya inşa edilib və istismara verilib. Hazırda “Azərişıq” ASC-nin daxili vəsaiti hesabına daha 2 ədəd yeni yarımstansiya tikilir.

Mərkəzi Aran rayonlarında 556 ədəd yüksək gərginlikli, 45.000 ədəd isə aşağı və orta gərginlikli elektrik dayaqları dəyişdirilib. Paralel olaraq 142 km yüksək gərginlikli, 10-0,4 kV-luq 670 km hava xətlər tikilib, həmçinin 1900 km ÖİN (Özünüdaşıyan İzolyasiyalı Naqillər ) çəkilib.

 

Bildirək ki, Mingəçevir və Naftalan şəhərləri və Ağdaş, Ağsu, Yevlax, Bərdə, Kürdəmir, Göyçay, Goranboy, Tərtər, Ucar rayonlarının daxil olduğu “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsində (RETSİ) 261 min abonentə və bununla da milyondan artıq əhaliyə xidmət göstərilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276972

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR