"Heç kim istəməz ki..." - Oğurluq edən gəncdən MƏSLƏHƏT - VİDEO - FOTO

"Heç kim istəməz ki..." - Oğurluq edən gəncdən MƏSLƏHƏT - VİDEO - FOTO
14:12 14 İyun 2017
36 Digər
Ölkə mətbuatı
A- A+

Kürdəmir Rayon Polis Şöbəsinə rayon poçt filialının Karlar kənd ərazisində yerləşən şöbəsindən oğurluq edilməsi barədə məlumat daxil olub.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, dərhal istintaq əməliyyat qrupu təşkil edilib və cinayətin üstü isti izlərlə açılıb.

Məlum olub ki, oğurluq hadisəsini törədən Karlar kənd sakini Afşin Qədirovdur. Oğurladıqlarını satmağa macal tapmayan gənc, azadlığın dadını ondan uzaq düşəndə daha yaxşı anlayıb.

Afşin Qədirov - Saxlanılan şəxs: "Girdim kompüterləri götürüb, çıxdım. Məndədir kompüter. Satmağa imkan olmadı. Heç kimə arzulamaram ki, belə bir şey başına gəlsin. Heç kim istəməz ki, azad həyatını 4 divara satsın".

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam edir.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərin orijinal ünvanı: http://news.milli.az/criminal/554241.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR