İnternet səhifəsi və loqo hazırlaya bilənlər üçün müsabiqə

İnternet səhifəsi və loqo hazırlaya bilənlər üçün müsabiqə
14:27 14 İyun 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Akkreditasiya Mərkəzi" publik hüquqi şəxsin rəsmi internet səhifəsinin və loqotipinin yaradılması ilə bağlı müsabiqə elan edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, "Azərbaycan Akkreditasiya Mərkəzi" publik hüquqi şəxs  www.accreditation.gov.az rəsmi internet səhifəsinin yaradılması  və korporotiv loqotipin hazırlanması ilə əlaqədar müsabiqə elan edir.

İnternet səhifədə mərkəzin fəaliyyət istiqamətləri, vəzifələri, hüquqları və göstərdiyi xidmətlər, qanunvericilik və görülmüş tədbirlər barədə informasiyalar yerləşdiriləcək. İnternet səhifəsinin dizaynı mərkəzin fəaliyyət istiqamətinə uyğun, müasir dizayn elementlərini əks etdirməlidir. Hazırlanan layihələrə müvafiq komissiya tərəfindən baxıldıqdan sonra qalib elan olunacaq. Sayt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2012-ci il tarixli  189 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər"ə cavab verməlidir.

Korporotiv loqonun dizaynı da özündə mərkəzin fəaliyyəti, strategiya və missiyasına dair elementləri əks etdirməlidir. Həmçinin loqo rəngli və konseptual görünüşlü olmalıdır. Müsabiqədə yalnız indiyə qədər istifadə edilməyən və hər hansı digər loqotiplərin elementlərini təkrarlamayan həllər iştirak edə bilər. Loqo dizaynlarına müvafiq komissiya tərəfindən baxıldıqdan sonra qalib elan olunacaq.

Layihə təkliflərini cari ilin 1 avqust tarixinədək accreditation@azstand.gov.az elektron poçtuna və ya Bakı şəhəri, Mərdanov Qardaşları 124 ünvanına göndərmək olar. Müsabiqə ilə bağlı İnara Eyyubova ilə  (012 4499959, daxili 145) əlaqə saxlamaq mümkündür.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/554263.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR