ABŞ, İsrail və İngiltərənin yazdığı SSENARİ: Hədəf İran deyilmiş - 10 FAKT - FOTOLAR

ABŞ, İsrail və İngiltərənin yazdığı SSENARİ: Hədəf İran deyilmiş - 10 FAKT - FOTOLAR
14:33 14 İyun 2017
180 Dünya
Ölkə mətbuatı
A- A+

İyunun 5-də başlanan “Qətər böhranı” gündəmin əsas mövzularından biri olaraq qalmaqdadır. Bir çoxları isə Qətərlə əlaqələri kəsən ərəb ölkələri və onları dəstəkləyən ABŞ-ın əsl hədəfinin İran olduğunu bildirirlər. Və hesab edilir ki, “Qətər böhranı”nın başlanmasından iki gün sonra - iyunun 7-də İran parlamenti və İran inqilabının lideri Xomeyninin türbəsinə edilən hücumlar da əslində hədəfin kim olduğuna dair ipucları verir. Amma bir çox məqamlar, hədəfin göründüyü və iddia edildiyi kimi İran olmadığını göstərir.

Publika.az xəbər verir ki, Türkiyənin “Haber7” saytı əsl hədəfin İran olmadığını 10 başlıqda göstərib.

1. Böhranın hədəfində İran olsaydı, Qətər deyil, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) cəzalandırılardı. Çünki İranla ən çox ticarət və siyasi əlaqələrə sahib olan ölkə məhz BƏƏ-dir. İki ölkə arasında illik ticarət dövriyyəsi 20 milyard dollar təşkil edir.

2. Hədəfdə İran olsaydı, bu böhrandan “Həmas”la birlikdə “İslami Cihad” hərəkatı təsirlənərdi. “Həmas” “qara siyahı”ya daxil edildiyi halda, Qəzzadakı digər böyük müqavimət hərəkatı olan “İslami Cihad”dan niyə yan keçdilər? İki hərəkat arasındakı ən böyük fərq “İslami Cihad”ın İranın nəzarətində olmasıdır. “Həmas” isə Tehrandan idarə olunmur.

3. Hədəfdə İran olsaydı, Livanın “Hizbullah” təşkilatına “Hizbuşşeytan” deyən “Müsəlman qardaşları”nın lideri Şeyx Yusif əl-Kardavinin üstünə bu qədər getməzdlər. Bir il əvvəl Kral Salmanın Ər-Riyada dəvət etdiyi Dünya Müsəlman Alimlər Birliyinin sədri Kardavi niyə terrorçu elan edildi?

4. Yəməndə, yəni Səudiyyə Ərəbistanının burnunun dibində İran və onların dəstəklədiyi Husilər var. BƏƏ və Səudiyyə Ərəbistanı Yəmən mövzusunda Qətəri günahlandırır, amma Yəməndə İranla əməkdaşlıq edən əsl güc BƏƏ-dir.

5. Kral Abdullah ölmədən əvvəl Yəməndə “İhvan” (“Müsəlman Qardaşları”) məktəbindən gələn İslah Partiyası iqtidarda idi. Səudiyyəlilər “Müsəlman Qardaşlar” burnunuzun dibinə qədər gəldi, müdaxilə edin, yoxsa onlar sizi yox edər” dedilər. Bu qorxunu yayan də BƏƏ və onların Ər-Riyaddakı uzantıları idi. Səudiyyə Ərəbistanı “İhvan” qorxusu ilə İslah Partiyasını hakimiyyətdən uzaqlaşdırmaq üçün İrana göz yumdu.

6. Kral Abdullahın ölümü ilə dövlət başçısı olan Kral Salman da, BƏƏ də İran təhlükəsinin fərqində idi. Kral “Həmas”a və “İhvan”la bağlı müsbət addımlar atdı, Misirdə hərbi çevriliş edən Əbdülfəttah Əl-Sisi ilə məsafəni saxladı. Türkiyə ilə əlaqələri ən yüksək səviyyəyə çıxardı. Ancaq iki vəliəhd arasındakı taxt döyüşü və ABŞ prezidenti Trampın vədləri Qətər böhranını bu nöqtəyə gətirdi.

7. Görünən odur ki, Səudiyyə Ərəbistanı süni və içi boş səbəblərlə başladılan Qətər böhranında baş oyunçu kimi dayansa da, əslində belə deyil. Əslində böhrana istiqamət verənlər başqalarıdır.

8. Bu böhran kimlərə fayda gətirir. İsrail üçün tapılmaz bir nemət, ABŞ üçün qazanclarla dolu bir böhran sayıla bilər. İngilislər və avropalılar üçün də həmçinin. İstədikləri zaman daha çox silah satıb və neft ala bilərlər.

9. Böhranda hədəf kimi göstərilən İran isə itirən tərəf deyil. Böhran ssenarisini yazanlar silahın bir gün İrana tuşlanacağını da yazıblar, amma Körfəz ölkələri zəiflədiyi halda, İranın əlindəki güc olduğu kimi qalır.

10. Əsas hədəf İran deyil, hədəf Qətər üzərindən “Müsəlman Qardaşlar”ı və “Həmas”dır, həmçinin onlara dəstək verən (Türkiyə də bu ölkələr arasındadır –red.) ölkələrdir. “İhvan”ın İranla da münasibətləri yaxşı idi, amma gerçək budur ki, “İhvan” nə zaman İranla əlaqələr qursa, zərər görən tərəf həmişə özü olub. Mursinin Tehran səfərini unutmamaq lazımdır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202556.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR