Mingəçevirdə "Şəhid bulaqları"na sayğac qoyulmasına deputatdan REAKSİYA

Mingəçevirdə "Şəhid bulaqları"na sayğac qoyulmasına deputatdan REAKSİYA
14:42 14 İyun 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

"Dünən mətbuatda Mingəçevir şəhərində şəhid ailələri tərəfindən qurulmuş "şəhid bulaqları"na sayğac qoyulması barədə məlumat oxudum. Xəbər mənim üçün yeni idi, heç zaman bu problemlə bağlı mənə müraciət edilməmişdi".

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin komitə sədrinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) şöbə müdiri Aydın Mirzəzadə bildirib.

Mingəçevirdə şəhid bulaqlarına sayğac qoydular - NARAZILIQ - VİDEO - FOTO

Millət vəkili qeyd edib ki, o, məsələnin həlli üçün lazım gələrsə, baş nazirə də müraciət edəcək: 

"Məsələ ilə bağlı Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladım. Məlum oldu ki, bu "Azərsu" şirkətinin bütün su istifadəçilərinə olan tələbidir. Bu gün bayramqabağı tədbirlər günü olduğu üçün məsələnin araşdırılması iyunun 16-na qaldı. Birisi gün mütləq "Azərsu"nun sədri Qorxmaz müəllim Hüseynovla danışacağam. Əgər orada məsələ həll edilməsə, Baş nazir Artur müəllim Rəsizadəyə çıxacağam. Hesab edirəm ki, şəhid adları bizim üçün əzizdir və onların adlarını daşıyan bulaqlara sayğac qoyulması düzgün deyil".

Qeyd edək ki, iyunun 13-də Mingəçevir şəhərində vətəndaşlar tərəfindən yaradılmış "şəhid bulaqları"na su sayğaclarının qoyulduğu barədə xəbərlər yayılıb.

Pünhan Mirzə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/554270.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR