14 İyun Ümumdünya Qan Donoru Günüdür

14 iyun Ümumdünya Qan Donoru Günü kimi qeyd olunur. Bu nasibətlə bu n Elmi-dqiqat Hematologiya Transfuziologiya Institutunda konfrans keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə Səhiyyə Nazirliyinin nümayəndələri, mətbuat nümayəndələri, Hematologiya və Transfuziologiya İnstutunun rəhbərliyi, Respublika Qan Bankının rəhbərliyi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəsmiləri və bir neçə könüllü donor iştirak edib.

Tədbirdə çıxış edən institutun direktoru Z. Alməmmədova bildirib ki, bu əlamətdar günün tarixi 2005-ci ilə təsadüf edir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının Cenevrə şəhərində keçirilmiş 58-ci Assambleyasında ildə bir dəfə donorluq gününün qeyd edilməsi qərarı verilib. Bu gün həm də öz kəşfi ilə donorluq işinə böyük töhfə vermiş Karl Landşteynerin doğum günüdür.

Son zamanlar ölkəmizin qan xidmətində böyük dəyişikliklər baş verib. 2005-ci ilin may ayında Respublikamızın Prezidenti Milli Məclis tərəfindən qəbul edilmiş “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası qanunu imzalayıb. 2006-cı ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair” (2006-2010-cu illər) dövlət proqramı təsdiq edilib.

Hazırda 2016-2020-ci illəri əhatə edən 3-cü dövlət proqramı yerinə yetirilir. Dövlət proqramları çərçivəsində qan xidməti müəssisələrinin lazımi avadanlıqlarla, qan tədarükü üçün konteynerlərlə, qan testlərinin aparılmasına lazım olan reaktivlərlə təmin edilməsi məsələləri həll edilib, qan xidməti şəbəkəsi və onun fəaliyyəti modernləşdirilib və optimallaşdırılıb. Nəticədə donorların sayı 4 dəfə artıb. Xüsusilə, qeyd etmək lazımdır ki, bütün bu donorlar könüllü və təmənnasız olub. Heydər Əliyev Fondunun çağırışlarına əsasən könüllü qan vermə aksiyaları təkcə Bakı şəhərində deyil, respublika bölgələrinin müəssisə və təşkilatlarında təşkil edilir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR