Şəkidə tövlə yanaraq kül oldu - 10 baş mal-qara öldü - VİDEO - FOTO

Şəkidə tövlə yanaraq kül oldu - 10 baş mal-qara öldü - VİDEO - FOTO
14:47 14 İyun 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə baş verən yanğında 10 baş mal-qara tələf olub.

Milli.Az ARB Şəki-yə istinadla xəbər verir ki, Aşağı Daşağıl kəndində Eyvaz Bayramova məxsus ümumi sahəsi 84 kvadrat metr olan tövlənin yanar konstruksiyaları və damda yığılan 6 ton otdan 3 tonu yanıb.

Yanğın zamanı iki baş iribuynuzlu, 8 baş xırdabuynuzlu heyvan tüstüdən boğularaq ölüb.

Hadisə yerinə FHN-nin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub. Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Şəkidə tövlə yanaraq kül oldu - 10 baş mal-qara öldü

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/554247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR