Azərbaycanda könüllü donorların sayı artıb

“2010-cu ildən 2016-cı ilə qədər Azərbaycanda könüllü donorların sayı 84.5 % artıb”.

Metbuat.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyi B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının müdiri Pərvanə Hacıyeva bu gün 14 İyun - “Ümumdünya Qan Donorları Günü" ilə bağlı keçirilən tədbirdə deyib:

“Əgər 2010-cu ildə respublika üzrə 46 min 530 nəfər donorluq edərək qan veribsə, 2016-cı ildə bu rəqəm 85 min 803 nəfər olub. 2010-cu ildə 21 ton 131 litr qan tədarük edilmişdirsə, 2016-cı ildə bu rəqəm 40 ton 327 litrə qədər yüksəlib.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR