A Seriyasında yeni mövsümün təqvimi müəyyənləşdi

A Seriyasında yeni mövsümün təqvimi müəyyənləşdi
15:05 14 İyun 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

İtaliyada 2017-2018-ci illər üzrə futbol mövsümünün təqvimi açıqlanıb. A seriyasında mübarizəyə avqustun 20-də start veriləcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 38 turluq marafonda adəti üzrə 20 komanda çempionluq uğrunda mübarizə aparacaq. Avqustun 13-də isə Romada "Yuventus" və "Latsio" klubları İtaliya superkuboku çərçivəsində üz-üzə gələcəklər. İtaliya kubokunun final görüşü isə 2018-ci il mayın 9-na təyin olunub. A seriyasını tərk edən "Empoli", "Peskara" və "Palermo"nu A seriyasında "Verona", "SPAL" və "Benevento" klubları əvəzləyəcək. Bundan əlavə, çempionatda qış fasiləsi olmayacaq. Bu, səbəbsiz deyil. Belə ki, milli komandanın baş məşqçisi Campyero Ventura dünya çempionatının final mərhələsinə hazırlıq səbəbindən İtaliya Futbol Federasiyasına bununla bağlı müraciət edib.

Xatırladaq ki, 2018-ci ildə Rusiyanın ev sahibliyi edəcəyi mundial iyunun 14-də başlanacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/554185.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR