"SAY: Solidarity"nin müsahibə mərhələsi başlayır - FOTO

"SAY: Solidarity"nin müsahibə mərhələsi başlayır - FOTO
15:05 14 İyun 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

"İrəli" İctimai Birliyi tərəfindən həyata keçiriləcək və yayın ən böyük layihələrindən biri olan "SAY: Solidarity"nin müsahibə mərhələsi başlayıb.

Təşkilatdan Milli.Az-a verilən məlumata görə, iyunun 13-dən 15-dək davam edəcək müsahibə mərhələsi zamanı seçilən 100-ə yaxın gənc layihədə iştirak hüququ qazanacaq.

Qeyd edək ki, "SAY" hərəkatının 5-ci fəaliyyəti çərçivəsində təşkil olunacaq layihə İslam Həmrəyliyi ilinə həsr olunub. Hərəkat isə "İrəli" İctimai Birliyi könüllülüyün təbliği sahəsində uzun müddətdir davam edən fəaliyyətin bir hissəsidir. "Support of Azerbaijan Youth (SAY): Solidarity" layihəsinin əsas məqsədi - Azərbaycanda İslam həmrəyliyinin möhkəmləndirilməsində gənclərin rolunun artırılması, tolerantlıq prinsiplərinin və "yaşıl düşüncə"nin formalaşdırılması, mədəniyyətlərarası təbliğatda gənclərin aktiv iştirakını təmin etməklə ümumilikdə gənclər şəbəkəsinin inkişafına nail olmaqdan ibarətdir.

Layihə "Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramına müvafiq olaraq Gənclər və İdman Nazirliyi tərəfindən 2017-ci il üçün gənclər paytaxtı seçilmiş Balakən rayonunda keçiriləcək.

Zərif Nisə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/554268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR