Təhsil naziri ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərəcək hazırlıq qruplarına abituriyent qəbulu ilə bağlı açıqlama verib

Təhsil naziri ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərəcək hazırlıq qruplarına abituriyent qəbulu ilə bağlı açıqlama verib
15:07 14 İyun 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 iyun. REPORT.AZ/ Təhsil Nazirliyi ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərəcək hazırlıq qruplarına abituriyent qəbulunun şərtlərinin necə olması məsələsinə aydınlıq gətirib.
“Report”un xəbərinə görə, bununla bağlı jurnalistlərə açıqlama verən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, məsələ ilə əlaqədar müvafiq qanunvericiliyin qəbul olunmasından sonra xüsusi sərəncam veriləcək.
Mikayıl Cabbarov vurğulayıb ki, gələcəkdə - bu qanunvericilikqüvvəyə mindikdən sonra Təhsil Nazirliyi tərəfindən mexanim barədə ətraflı açıqlama veriləcək: "Bu məsələ barədə ilkin məlumat veriləndən sonra aparılan müzakirələrdə və kütləvi informasiya vasitələrində yayılan şərhlərdə qeyri-dəqiqlik var idi. Ona görə də bəzi anlaşılmazlıq yaratmamaq üçün təklif edərdim ki, qanunvericiliyin sonuncu variantını gözləyək".
Nazir qeyd edib ki, bu ilin qəbul qaydaları artıq təsdiqlənib və buna uyğun olaraq qəbul həyata keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/tehsil-naziri-ali-tehsil-muessiselerinin-nezdinde-fealiyyet-gosterecek-hazirliq-qruplarina-abituriye

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR