Mikayıl Cabbarov ali təhsil müəssisələrinin nəzdində hazırlıq qruplarına abituriyent qəbulundan danışdı

Mikayıl Cabbarov ali təhsil müəssisələrinin nəzdində hazırlıq qruplarına abituriyent qəbulundan danışdı
15:15 14 İyun 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Təhsil naziri Mikayıl Cabbarov ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərəcək hazırlıq qruplarına abituriyent qəbulunun şərtlərinin necə olacağı məsələsinə münasibət bildirib.

Trend-in məlumatına görə, M.Cabbarov jurnalistlərə açıqlamasında bildirib ki, bununla bağlı qanunvericilik qüvvəyə mindikdən sonra ətraflı məlumat veriləcək: “Bundan sonra Təhsil Nazirliyi tərəfindən mexanizm barədə ətraflı məlumat veriləcək. Keçmişdə bu məsələ barədə ilkin məlumat verilmişdi. Müzakirələrdə və kütləvi informasiya vasitələrində yayılan şərhlərdə qeyri-dəqiqlik var idi. Ona görə də anlaşmazlıq yaratmamaq üçün təklif edərdim ki, qanunvericiliyin sonuncu variantını gözləyək. Bunun əsasında Təhsil Nazirliyi tərəfindən tam dəqiq məlumat veriləcək”.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2766579.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR