Rusiyalı boksçu Krıma səfər etdiyi üçün Ukraynaya buraxılmayıb

Rusiyalı boksçu Krıma səfər etdiyi üçün Ukraynaya buraxılmayıb
15:22 14 İyun 2017
44 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 iyun. REPORT.AZ/ Xarkovda keçiriləcək boks üzrə Avropa çempionatına yollanan Rusiya nümayəndə heyətinin 8 üzvü Ukraynaya buraxılmayıb. "Report"un məlumatına görə, giriş icazəsi ala bilməyənlər arasında boksçu Georgi Kuşitaşvili də var. 
Qalan şəxslər federasiyanın mətbuat katibi, iki jurnalist və bir neçə azarkeş olub. Səbəb kimi onların əvvəllər Krıma səfər etmələri göstərilib. Ukraynaya buraxılmayanların hamısı Rusiyaya qayıdacaqlar. 
Qeyd edək ki, Avropa çempionatı 16 - 26 iyunda keçiriləcək. Georgi Kuşitaşvilinin 81 kq çəki dərəcəsində çıxış etməsi nəzərdə tutulurdu. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/rusiyali-bokscu-krima-sefer-etdiyi-ucun-ukraynaya-buraxilmayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR