Azərbaycanda icbari tibbi sığorta haqqları ilə bağlı sənəd Prezident Administrasiyasına təqdim edilib

Azərbaycanda icbari tibbi sığorta haqqları ilə bağlı sənəd Prezident Administrasiyasına təqdim edilib
15:22 14 İyun 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 iyun. REPORT.AZ/ "Sığorta haqqı ilə bağlı qanunvericilikdə dəyişikliklər edilməlidir". 
"Report" xəbər verir ki, bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib. 
Sığorta baza paketinə, sığorta məbləğinə gəlincə, o qeyd edib ki, Prezident İlham Əliyevin fərmanı ilə məhz pilot rayonlar üçün baza paketi təsdiqlənib: "Fevral ayından etibarən pilot rayonlarda icbari tibbi sığorta tətbiq olunur. Həmin icbari tibbi sığortanın əsasında biz ilin sonunda baza zərfinə müəyyən dəyişikliklər etməyi nəzərdə tutmuşuq. Bu da ki, təcrübə əsasında ediləcək".
Onun sözlərinə görə, qanunvericilikdə sığorta haqqları ilə bağlı dəyişiklik olunmalıdır: "Yəni bizim qanunvericilikdə hazırda sığorta haqqları ilə bağlı maddə olmadığına görə bu tətbiq olunmur. Sığorta haqqının açıqlaması hələlik mediaya verilmir. Çünki hazırda biz öz maliyyə mənbələrimizlə bağlı təklifləri Prezident Administrasiyasına təqdim etmişik. Eyni zamanda da Prezident Administrasiyası da həmin sənədlə bağlı aidiyyəti qurumlarla müəyyən müzakirələrə başlayıb. Müzakirələr bitdikdən sonra sənəd artıq Milli Məclisə göndəriləcək. O zaman artıq biz açıqlaya bilərik". 

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/azerbaycanda-icbari-tibbi-sigorta-haqqlari-ile-bagli-sened-prezident-administrasiyasina-teqdim-edili

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR