Bakıda bu yeraltı tuneldə diri-diri "yana" bilərsiniz

Bakının Ziya Bünyadov prospektində yerləşən yeraltı tunelin girişindəki tablo görənləri təəccübləndirir.

Metbuat.az xəbər verir ki, həmin tablonun üzərində şəhərdəki hazırki temperatur 174 dərəcə göstərilir. Artıq bir neçə müddətdir ki, həmin temperatur göstəricisi dəyişmir.

"Azəravtoyol ASC"nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məsələ ilə bağlı açıqlamasında bildirib ki, texniki problemlərdən yaranan bir məsələdir.

"Narahatlığa heç bir əsas yoxdur. Bu texniki problemdir. Qısa zamanda aradan qaldıracağıq".

Sərdar Məmmədov /Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR