NATO rəsmisi Qarabağdakı vəziyyəti SSRİ-ABŞ münasibətləri ilə müqayisə etdi

NATO rəsmisi Qarabağdakı vəziyyəti SSRİ-ABŞ münasibətləri ilə müqayisə etdi
15:27 14 İyun 2017
24 Ölkə
Ölkə mətbuatı
A- A+

"Dağlıq Qarabağ münaqişəsi zonasında sürətlə silahlanmanın mütləq şəkildə silahlı münaqişəyə səbəb olacağını düşünmək doğru deyil".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.
 
O bildirib ki, nəticədə hər zaman hər məsələ siyasi qərarlarla həll edilir: "Soyuq müharibə" dövründə SSRİ ilə ABŞ da külli miqdarda silah ehtiyatı toplamışdı, lakin müharibə etmədi.
 
Sürətlə silahlanma aparmaq olar, amma bunun mütləq müharibəyə gətirib çıxaracağını düşünmək olmaz. Bununla yanaşı, aşağı səviyyədə silahlı toqquşmalar baş verirsə, hətta tərəflər kifayət qədər narahatedici bəyanatlar səsləndirirsə, bu halda silahlanma problemin bir hissəsinə çevrilir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/554311.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR